"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Riçard Almeyda AFFA-ya gələrək AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığnı bildirib. 

Bu il Riçard Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq AFFA müvafiq hüquqi prosedurlara başlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp