Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev AFFA-nın "Facebook" səhifəsində yayımlanan “Sualla zərbə” rubrikasının qonağı olub. Futbolinfo.az xəbər verir ki, o, bir çox maraqlı məqamlardan danışıb. 

Müdafiəçi Kamran Ağayevin təyyarədə Arif Daşdəmirovla zarafatlaşmasından danışıb: “Bir dəfə təyyarədə Kamran Ağayev mənə dedi ki, mikrofona gedək. Oradan bir şey deyəcəm. Mən də planlarını bilmirdim. Kamran mikrofonu götürüb deyir: "Salam sərnişinlər, uçuşumuz 5 saat çəkəcək, hündürlüyümüz bu qədər olacaq. Sizdən artıq dərəcədə xahiş edirəm, bizdə bir sərnişin itib, ayağınızın altına baxın, birdən əzib edərsiniz. Sərnişinin adı Arif Daşdəmirovdur". O da nəyə görə? Boyu balacadır, həmişə bu cür ona "ilişir". Onu mikrofonda deyəndə, bütün təyyarədə olanlar gülüşdülər. Belə anlar çox olur. Müsbət məqamlar Kamrana aid olanlardır. Harada aş, orada başdır”.

Maksim həmçinin Ədalət Şükürovun “Ay qız” mahnısından da bir parça ifa edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp