Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Kəpəz" – "Qəbələ" görüşündə dava düşüb. Futbolinfo.az xəbər verir ki, ilk yarının sonlarında meydan sahibləri Şəhriyar Rəhimovun mübahisəli qolu ilə hesabı açdıqdan sonra hər iki komandanın üzvləri arasında gərginlik yaşanıb.
 
Lakin tezliklə ara sakitləşib və "Qəbələ" topu mərkəzdən oyuna daxil edib. Ancaq 38-ci dəqiqədə "Qəbələ"nin oyunçusu Nika Kvekveskiri "Kəpəz"in futbolçusu Nicat Qurbanova qarşı kobud oynayıb. Qurbanov ayağa qalxaraq, gürcü futbolçuya sillə vurub. Nəticədə referi Əliyar Ağayev hər iki futbolçuya qırmızı vərəqə göstərib.

Shares: