"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Belə meydanda oynamaq çətindir. Kombinasiyalı oyun göstərmək mümkün deyildi. İstənilən halda qalib gəlməli olduğumuzu başa düşürəm. Öz futbolçularımdan razıyam. Sonadək vuruşdular. Qalib gəlməyimizə obyektiv səbəblər mane oldu".

Ukraynalı baş məşqçi qapılarına vurulan mübahisəli qol epizoduna toxunmasa da, Nika Kvekveskiri ilə "Kəpəz"in oyunçusu Nicat Qurbanov arasındakı insidentə də münasibət bildirib: "Mən Nikadan həmin epizodda nə baş verdiyini soruşdum. O mənə dedi ki, rəqib futbolçunun təxribatına uymadım, sakit reaksiya verdim. Amma Nicat məni nəyə görəsə vurdu".

Shares: