Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ" öz meydanında "İnter"i qəbul edir. Futbolinfo.az xəbər verir ki, meydan sahibləri bu matça plakatla çıxıblar.
Belə ki, onlar son günlər cəbhədə şəhid olan əsgərlərimizin xatirəsinə ehtiram əlaməti olaraq "Hər damla qanınızdır Azərbaycan" yazılmış bannerlə meydana çıxıblar.
Pankartda son günlərdə cəbhə xəttində ermənilərin təxribatının qarşısını almaq üçün canından keçən 6 şəhidimizin də adı yer alıb.