“Qarabağ”ın futbolçusu Vüqar Nadirovun Premyer Liqa həsrəti sona çatıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, uzun müddətdi əsas deyil, əvəzedici komandada çıxış edən 30 yaşlı hücumçu 20-ci turun “İnter”lə matçının start heyətində yer alıb.

O, cari mövsümdə 2-ci dəfə Premyer Liqa matçına çıxıb. Nadirovun mövsümdə ilk, bugünkü matçadək son sınağı 2016-cı il avqustun 21-də baş tutub. Vüqar 191 gün öncə “Neftçi” üzərində 3:0 hesablı qələbənin son 20 dəqiqəsində meydanda olub.
 
Nadirov mövsümdə daha 2 dəfə əsas komandada oynayıb. Bunlardan biri avrokubok, biri kuboka təsadüf edib. O, oktyabrın 20-də evdə PAOK-la Avropa Liqası matçının (2:0) 90+3-cü dəqiqəsində şans qazanıb.
 
Dekabrın 21-də isə Sumqayıtda eyniadlı komanda ilə kubok görüşündə 5:2 hesablı qələbədə iştirak edib. Həmin matçda ikinci yarıda meydana daxil olan futbolçu 1 qol da vurub.

Shares: