Almaniya millisinin futbolçusu Mario Qötse DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla oyunda iştirak etməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb Dortmund "Borussiya"sının yarımmüdafiəçisinin metabolik nasazlıqlar səbəbdən mövsümün qalan hissəsini buraxmasıdı.
Klubdan verilən məlumata görə, təcrübəli futbolçuda metabolik proseslərin pozulması onun son zamanlarda aldığı çoxsaylı əzələ zədəsi ilə əlaqədardı.
"Borussiya"nın baş direktoru Hans-Yoahim Vatske deyib: "Qötsenin probleminin həlli müəyyən qədər vaxt alacaq və bu, qısamüddətli olmayacaq.
Azərbaycan – Almaniya görüşü martın 26-da keçiriləcək.