"Real" rəhbərliyi oyunların translyasiyası ilə bağlı İspaniya Peşəkar Futbol Liqasına şikayət göndərəcək. Futbolinfo.az xəbər verir ki, Madrid klubunun nümayəndələrinin fikrincə, canlı yayımlar zamanı əlsər hallarda "Real"ın əleyhinə olan epizodların təkrarları verilir. 

Rəqiblərin xeyrinə olan epizodlar isə az göstərilib. 

Xüsusilə də onlar "Barselona" (1:1) və son turda "Vilyareal"la (3:2) oyunların yayımlarından narazıdılar. Sözügedən oyunda hakimin bir neçə qərarı müzakirələrə səbəb olmuşdu.

Shares: