"Vilyarreal"ın prezidenti Fernando Roiqanın fikirləri İspaniyada geniş müzakirələrə səbəb olub. Futbolinfo.az xəbər verir ki, klubu rəhbəri La Liqanın son turunda "Real"la keçirilən ev oyunundan sonra hakimləri kəskin tənqid etmiş və oyunu idarə edən referilərin arenanı "Real"a məxsus çantalarla tərk etdiklərini bildirmişdi.
"Barselona" tərəfi də məsələyə biganə qalmayıb. Klubun mətbuat xidmətinin rəhbəri Xosep Vives belə açıqlama verib: "Biz səfər oyunlarında hakimlərə hədiyyələr vermirik".
İspaniya mətbuatı yazır ki, "Real", "Barselona", "Atletik", "Real Sosyedad" və "Vilyareal" adətən ev oyunlarında hakimlərə kluba aid simvolik hədiyyələr (nişan, bayraq, qələm) verir.
"Real"ın bu addımı səfər oyununda atması maraqla qarşılanıb.