“Mənim Köln yaxınlığında və Rumıniyada evim var. Ölkəmdə həm də idman zalı açmışam”. Futbolinfo.az xəbər verir ki, bunu rumıniyalı mütəxəssis Dorinel Muntyanu deyib.
2014-cü ildə qısa müddət “Qəbələ”nin baş məşqçisi olmuş Muntyanu ölkəsinin mətbuatına müsahibəsində karyerası ilə bağlı danışıb.
O, Azərbaycana gəlişini isə yanlış addım hesab edir: “Yenidən çalışmaq istəyirəm. Almaniya və ya qızım Byankanın işlədiyi Hollandiyada ola bilər. Təbii ki, indiki məqamda bu, çətindi. Çünki çox məşqçi orda iş axtarır. Mənim karyeramla bağlı səhvim Azərbaycan və İraqdan gələn təklifi qəbul etmək olub. Rumıniya yaxşıdı, burdan təkliflər var. Ancaq maliyyə baxımından problemlər mövcuddu”.
Qeyd edək ki, Dorinel Muntyanunun son klubu İraq təmsilçisi “Zaxo” olub. (Apasport)