UEFA növbəti dəfə Əliyar Ağayevə etimad göstərib. Futbolinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək MOİK (Moskva, Rusiya) – "Benfika" (Portuqaliya) matçını idarə edəcək.

Ona bu işdə Akif Əmirəli ilə Rza Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandra Ponimoryava yerinə yetirəcək.

Qeyd edək ki, martın 7-də Moskvada keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 17:00-da səsləndiriləcək.

Shares: