Futbol üzrə Almaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş planlaşdırılsa da, yalnız bir qarşılaşma baş tutub.

Belə ki, "Sportfrunde Lotte" – "Borussiya" (Dortmund) qarşılaşması başqa vaxta keçirilib. İlk oyun günündə baş tutan yeganə qarşılaşmada isə Frankfurt "Ayntraxt"ı Bilefeld "Arminiya"sını minimal hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

İkinci oyun günündə isə "Hamburq"un qonağı olan Münhenqladbax "Borussiya"sı çətin qələbəyə sevinib. Digər oyunda isə "Bavariya" "Şalke"ni darmadağın edib.

Almaniya Kuboku
1/4 final

28 fevral

"Ayntraxt" (Frankfurt) – "Arminiya" (Bilefeld) – 1:0

"Sportfrunde Lotte" – "Borussiya" (Dortmund) matçı təxirə salınıb

1 mart

"Hamburq" – "Borussiya" (Münhenqladbax) – 1:2

"Bavariya" – "Şalke" – 3:0

 

Shares: