Futbol üzrə Fransa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
"Anje" "Bastiya"nı, "Frejyus" "Oser"i, "Bordo" isə "Loryan"ı məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
İkinci oyun günündə "Avranş" "Strasburq"la görüşdə penaltilər seriyasında qalib gəlməklə mərhələ adlayıb. PSJ səfərdə "Nyor"dan, "Genqam" isə "Keviyi"dən üstün olub. 7 qolun vurulduğu "Olimpik" (Marsel) – "Monako" matçında da sonuncular sevinən tərəf olublar.
Fransa Kuboku
1/8 final
28 fevral
"Bastiya" – "Anje" – 0:1
"Frejyus" – "Oser" – 2:0
"Bordo" – "Loryan" – 2:1
1 mart
"Avranş" – "Strasburq" – 1:1 (penaltilər – 6:5)
"Nyor" – PSJ – 0:2
"Keviyi" – "Genqam" – 1:2
"Olimpik" (Marsel) – "Monako" – 3:4
2 mart
00:00. "Berjerak" – "Lill"
–