"Barselona"nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacaq. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda qərarını La Liqanın son turunda "Sportinq"ə qalib gəldikləri (6:1) oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb:

"Gələn mövsümdən "Barselona"nı çalışdırmayacam. Bu cür qərar verməyimin səbəbi yorğunluqdu. Bu iş daima çalışmağı tələb edir. Mənim isə dincəlməyə ehtiyacım var".

2014-cü ildən "Barsa"nı çalışdıran Enrikenin klubla müqaviləsinin müddəti 2017-ci ilin yayında başa çatır. 

O, bu müddətdə Kataloniya klubuna 2 La Liqa çempionluğu, 2 İspaniya Kuboku, İspaniya Superkuboku, Çempionlar Liqası, Uefa Superkuboku və Klublararası Dünya Çempionatını qazandırıb.

Shares: