"Barselona"nın keçmiş futbolçusu və hazırki səfiri Ronaldinyo Lionel Messinin öz oyununu əvvəlki kimi daha da gücləndirə biləcəyinə inanır. Futbolinfo.az xəbər verir ki, məşhur braziliyalı zarafatcasına deyib: "Messiyə bəzi şeyləri öyrətməliyəm".
Məşqçilik karyerasına başlama istəyinin olub-olmaması ilə bağlı suala isə o belə cavab verib: "Xeyr, həyatım elə belə də yaxşıdı. Allaha hər şeyə görə təşəkkür edirəm".