Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
17-ci turun “Şəmkir” – “Zaqatala” matçının 47 və 56-cı dəqiqələrində “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.
14-cü turdan təxirə salınmış “Səbail” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
14-cü turdan təxirə salınmış “Energetik” – MOİK matçının 20-ci dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
14-cü turdan təxirə salınmış “Şahdağ” – “Zaqatala” matçının 81-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.