Topaz Premyer Liqasının 21-ci turunda Gəncədə AZAL-la qarşılaşacaq “Kəpəz” bu gün məşqləri bərpa edəcək. Futbolinfo.az xəbər verir ki, qarşıdakı oyun üçün hazırlığa Bakıda start verəcək “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edəcək. 

Komandanın bu günə olan hazırlıq prosesi saat 15:00-a təyin olunub. Sabahkı məşq isə saat 11:00-da başlayacaq.

“Kəpəz” martın 4-də Gəncəyə gələcək və oyun öncəsi son çalışmasına matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq.

Shares: