Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, Birinci Divizion yarışlarını da daim diqqətdə saxlayır. Futbolinfo.az xəbər verir ki, PFL artıq 4-cü dəfə Birinci Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

Birinci Divizionda fevral ayında vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar.  

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar. 

Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.  

Qeyd edək ki, sorğu 7 marta qədər qüvvədə olacaq.

Shares: