"Atletiko"nun futbolçusu Fernando Torres La Liqanın 25-ci turunda "Deportivo" ilə oyunda ölümdən dönüb. Futbolinfo.az xəbər verir ki, oyunun sonlarına yaxın rəqib futbolçu ilə toqquşan Torres huşunu itirib. 

Həkimlər 5 dəqiqə ərzində meydanda hücumçuya yardım göstəriblər. Daha sonra Torres təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Madrid klubu saytı vasitəsilə Torresin hazırkı durumu ilə bağlı məlumat yayıb. Onun beyin zədəsi almadığı, yaddaşının yerində olduğu bildirilib. Ancaq tibbi testlərdən keçməsi üçün bir müddət xəstəxanada qalacaq.

Torres onun üçün narahat olan azarkeşlərə təşəkkür edib: "Qorxulu bir şey yoxdu. Ümid edirəm ki, tezliklə sıraya dönəcəm".

 

Shares: