Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ersgebirge” klubu baş məşqçisiz qalıb. Futbolinfo.az xəbər verir ki, arıdıcıl uğursuz oyunlardan sonra bolqarıstanlı məşqçi Pavel Dotçev istefaya göndərilib. 

Onun komandadan gedişi ötən gün rəsmiləşib. Klub rəhbərliyi artıq yeni məşqçi axtarşına çıxıb. Hazırda boş qalan məşqçi postuna bir neçə nəfər namizəd var ki, onlarla bağlı yekun qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, Dmitri Nazarov Pavel Dotçevin tələbiylə “Ersgebirge”yə keçmişdi. Aue təmsilçisi Almaniya II Bundesliqasında 22 turdan sonra sonuncu, 18-ci pillədə qərarlaşıb. 

Shares: