Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Noyşterlits"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Oyuna start heyətdə başlayan Dadaşov 90 dəqiqə meydanda olub. 28-ci dəqiqədə artıq 0:2 hesabıyla geriyə düşən komandasını məğlubiyyətdən xilas edən də məhz Rüfət olub. O, 40 və 67-ci dəqiqədə vurduğu qollarla dublunu və matçın yekun nəticəsini rəsmiləşdirib.

Qeyd edək ki, "Moyzelvits" hazırda 29 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp