Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Almaniya ilə oyunun hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, ilk məşqi zədə səbəbindən buraxan Kamran Ağayev artıq özünü yaxşı hiss edir. 

AFFA-nın "Facebook" səhəsinin yaydığı xəbərə görə, "Boavişta"nın qapıçısı bu gün komanda ilə birgə məşq edib. 

Xatırladaq ki, zədə səbəbindən Namiq Ələsgərovla Ruslan Abışov millinin düşərgəsini tərk edib. 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp