Almaniya millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi zədəsindən danışıb:

“Artıq özümü yaxşı hiss edirəm. Bakıda meydana çıxmağa hazıram. Problemim yoxdu”.

O, millimizlə keçirəcəkləri DÇ-2018-in seçmə mərhələ oyunu haqda da danışıb:

“Bizim bir məqsədimiz var: qalib gəlmək. Kifayət qədər keyfiyyətli komandayıq. Azərbaycan millisi 4 oyundan sonra 7 xal toplayıb və yaxşı şansları var. Rəqib son dünya çempionuna qarşı axıra qədər mübarizə aparacaq. Rəqib bizə qarşı 200 faiz güc sərf edəcək”.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp