Almaniya millisinin və “Real”ın yarımmüdafiəçisi Toni Kroos açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi millimizə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb:

"Uzun yol həmişə xoşagəlməz və yorucu olur. Azərbaycana səfər də bunlardan biridi, yorucu olacaq. Belə olsa da, daha yüksək motivasiya ilə ora yollanmalıyıq. Bizim istəyimiz 3 xalı qazanmaqdı. Səfərdən qələbə ilə dönmək istəyirik və ümid edirəm ki, bunu bacaracağıq". 
 
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp