FIFA agenti Xota Xordi gələn yay "Real"la müqaviləsinin müddəti bitəcək İskonun "Barselona" ilə danışıqları ilə bağlı informasiyanı təsdiq edib. Futbolinfo.az xəbər verir ki, agent bunları deyib: 

"Barselona" İsko ilə danışıqlar aparıb. O, həmişə katalon klubunda oynamaq istəyib. İndi isə bunun üçün gözəl imkan yaranıb. Lakin bu, çox mürəkkəb transferdi".
 
İspaniyanın məşhur "El Chiringuito" proqramının məlumatına görə tərəflər arasında danışıqlar artıq 20 gündü ki, davam edir: "İsko bilir ki, "Barselona"da daha çox oyun şansı qazanacaq, nəinki "Real"da".
 
Bir müddət əvvəl bildirilirdi ki, "Barselona" İskoya imza üçün 20 milyon avro bonus söz verib və bu məbləğ 5 il ərzində ödənəcək.
 
İsko bu mövsüm La Liqanın 22 oyununda 6 qol vurub və 5 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp