Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilərin çempionatının 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Topaz Premyer Liqasının 23-cü turunun “Zirə” – “Qarabağ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Zirə”nin futbolçusu Akim Latifu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Əvəzedicilərin çempionatının 23-cü turunun “Neftçi” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Əvəzedicilərin çempionatının 23-cü turunun AZAL – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp