Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Zaqatala” – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Energetik” – “Şahdağ” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Elnur Şiriyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Energetik”in futbolçusu Əsgər Nəbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

MOİK – “Şəmkir” matçının 40-cı dəqiqəsində MOİK-in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində MOİK klubunun baş məşqçisi Ramil Əliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp