AFFA DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa bilet satışı ilə bağlı rəsmi məlumat yayıb. Futbolinfo.az xəbər verir ki, məlumatda bunlar qeyd olunub:

"DÇ-2018-in seçmə mərhələsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa satışı mümkün olan son 3000 (üç min) bilet qalıb. Biletinizi elə indi almağa tələsin. Qeyd edək ki, biletləri 28 Mall Ticarət Mərkəzi, Park Bulvar Ticarət Mərkəzi, Bakcell Sahil Müştəri Xidmətləri, Bakcell Arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və onlayn www.tickets.affa.az saytından əldə etmək olar".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp