Almaniya millisinin və Dortmund "Borussiya"sının üzvü Julian Vayqlın durumuna aydınlıq gəlib. Futbolinfo.az  xəbər verir ki, İngiltərə ilə yoxlama matçında zədələnən gənc yarımmüdafiəçi Azərbaycan millisinə qarşı oynamayacaq.

Budundan zədə alan 21 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Bundestimdə zədə səbəbindən Manuel Noyer, Mario Qötse, Marko Roys, Jerom Boatenq və Timo Verner kənarda qalıb. Məsud Özil, Mario Qomes və Yulian Drakslerin müalicəsi isə davam edir. 

Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp