Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Futbolinfo.az xəbər verir ki, Avropa zonasında 5-ci tur üzrə 9 qarşılaşma keçirilib.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi görüş Türkiyədə oynanılıb. Qonşu ölkənin milli komandası Finlandiyanı qəbul edib və inamlı qələbəyə sevinib.

Bundan başqa, G qrupunda mübarizə aparan İspaniya və İtaliya da növbəti oyunlarına çıxıb. Öz meydanında ispanlar İsraili, İtaliya millisi isə Albaniyanı məğlub edib.

DÇ-2018-in seçmə mərhələsi
24 mart

D qrupu

Gürcüstan – Serbiya – 1:3
Qollar: Katçarava, 6 (1:0). Tadiç, 45-pen (1:1). Mitroviç, 64 (1:2). Qaçinoviç, 86 (1:3).

Avstriya – Moldova – 2:0
Qollar: Sabitzer, 75 (1:0). Harnik, 90 (2:0).

İrlandiya – Uels – 0:0

Serbiya – 11, İrlandiya – 11, Uels, 7, Avstriya – 7, Gürcüstan – 2, Moldova – 1.

G qrupu

İtaliya – Albaniya – 2:0
Qollar: De Rossi, 12-pen. (1:0). İmmobile, 71 (2:0).

Lixtenşteyn – Makedoniya – 0:3
Qollar: Nikolov, 43 (0:1). Nestorovski, 68 (0:2). Nestorovski, 73 (0:3).

İspaniya – İsrail – 4:1
Qollar: D.Silva, 13 (1:0). Vitolo, 45 (2:0). D.Kosta, 51 (3:0). Rafaelov, 76 (3:1). İzko, 88 (4:1).

İspaniya – 13, İtaliya – 13, İsrail – 9, Albaniya – 6, Makedoniya – 3, Lixtenşteyn – 0.

I qrupu

Türkiyə – Finlandiya – 2:0 
Qollar: C.Tosun, 9 (1:0). C.Tosun, 13 (2:0).

Xorvatiya – Ukrayna – 1:0
Qol: Kaliniç, 38 (1:0).

Kosovo – İslandiya – 1:2
Qollar: Siqurdarson, 25 (0:1). Siqurdsson, 35-pen. (0:2). Nuhiu, 53 (1:2).

Xorvatiya – 13, İslandiya – 10, Ukrayna – 8, Türkiyə – 8, Finlandiya – 1, Kosovo – 1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp