IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması çalışmalarını davam etdirir. Futbolinfo.az "Futbolxəbər"ə istinadla xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Sözügedən kollektiv “Neftçi”nin Bakıxanov qəsəbəsindəki bazasında keçirilən qarşılaşmada AZAL-la üz-üzə gəlib. Görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu matçda əsasən 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvləri çıxış edib. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp