Azərbaycanlı futbol hakimləri UEFA miqyaslı yarışlarda iş başında olublar. Futbolinfo.az xəbər verir ki, FİFA referisi Ömər Paşayev və yan xətt hakimi Namiq Hüseynov 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit mərhələsinin 6-cı qrupunda baş tutan Avstriya – Fransa oyununda iştirak ediblər.

Martın 23-də keçirilən və şotlandiyalı Donald Robertsonun idarə etdiyi qarşılaşmada Hüseynov laynsman, Paşayev isə ehtiyat hakim kimi vəzifə başında olublar.

Görüş isə 1:1 hesablı bərabərliklə başa çatıb.

Hakimlərimiz bu gün oynanılacaq İsveç – Avstriya oyununda isə əsas söz sahibi olacaqlar. Ömər Paşayev baş hakim, Namiq Hüseynov isə yan xətt hakimlərindən biri olacaq. Digər köməkçi kimi isə serbiyalı Deyan Petroviç təyinat alıb. Apasport

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp