DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadı. Futbolinfo.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən Bundestimi gətirən təyyarə təxminən 5 saat yarımlıq uçuşdan sonra Heydər Əliyev adına Hava Limanında eniş edib.

Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları “Boulvared Hotel”ə yollanıblar.

Almaniya yığması Bakıdakı yeganə məşqinə martın 25-də, saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək. Apasport

753c3777a338b1c339f8d7bd993734b8 - Futbolinfo.az

93c5642a2edd62c03c74a0547cd3b69f - Futbolinfo.az

093379aeac07d638b086c91680ce646f - Futbolinfo.az

451e5c56202d7e1143a4ccee8d255dbf - Futbolinfo.az

81841702f83a9431e50b2daa3f18af4d - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp