Gürcüstan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, heyətində “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri və “Neftçi”nin müdafiəçisi Georgi Navalovskinin də çıxış etdiyi qonşu ölkənin seçmə komandası doğma meydanda Serbiya ilə üz-üzə gəlib.

D qrupu çərçivəsində baş tutan oyun Gürcüstanın məğlubiyyəti ilə başa çatıb – 1:3. Kvekveskiri ilə Navalovski matça start heyətində başlayıb və sonadək meydanda olublar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp