“Öncə Azərbaycanın turnir cədvəlindəki mövqeyinə və topladığı xala baxmalıyıq”. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bu sözləri Almaniya millisinin meneceri Oliver Birhoff deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq bundestimin idarə heyətində yer alan keçmiş futbolçu matçdan öncə hər bir nüansı nəzərə aldıqlarını, bütün lazımi tədbirləri gördüklərini deyib: “Rəqibimizin 7 xalı var və üçüncü yerdədi. Bu mərhələdəki yeganə ev oyununda Norveçə 1:0 qalib gəliblər. Geniş azarkeş kütləsi qarşısında qələbə qazanmağa çalışacaqlar. Biz isə yenilməz və itkisiz seriyamızı davam etdirmək istəyirik. Qrupdakı 4 oyundan sonra qol hesabında 16:0-lıq bir üstünlüyümüz var ki, bu nailiyyəti 5-ci matçda da əldə etməyə çalışacağıq”.
 
Zədələli oyunçuların vəziyyəti haqqında da məlumat verən keçmiş futbolçu Vayqlın Bakıya gətirilməyəcəyini, Məsut, Xedira, Mario Qomez və Yulian Drakslerin isə komanda ilə birlikdə olacağını açıqlayıb.
 
Birhoff saat fərqi ilə əlaqədar olaraq oyunçuların normal yuxu rejimlərinə əməl etmələri üçün otaqları süni olaraq qaranlıqlaşdıracaqlarını da əlavə edib: “Bakıda hava tez işıqlandığı üçün oteldəki otaqlarda süni qaranlıq yaradacağıq ki, bu, oyunçuların yuxu rejiminə təsir etməsin”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp