Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də çıxış etdiyi bu komanda səfərdə İtaliya ilə üz-üzə gəlib.

G qrupu çərçivəsində baş tutan oyun albanların məğlubiyyəti ilə başa çatıb – 0:2. Ansi matça start heyətində başlayıb və sonadək meydanda olub. O, 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp