İV İslam oyunlarına hazırlaşan U-23 yığmamız bu gün növbəti sınaq matçını keçirib. Yaşar Vahabzadənin yetirmələri Premyer Liqadakı fasiləni dəyərləndirən “Kəpəz”lə üz-üzə gəlib.
 
Bakı Olimpiya stadionunun yardımçı meydançasında qarşılaşan rəqiblər heç-heçəyə razılaşıb. Bütün oyunçularını sınayan gəncəlilərin baş məşqçisi Şahin Diniyev üçün də qarşılaşma faydalı olub.
 
Bu, “Kəpəz”in milli komandaların oyunlarına görə verilən fasilə dövründə ilk yoxlama matçı idisə, U-23 dünən AZAL-a 3:1 hesabı ilə qalib gəlmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp