DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək milli komandamızın sabiq baş məşqçisi Berti Foqts ölkəsinin məşhur “Bild” nəşrinə müsahibə verib. Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Bu kubok oyununa bərabərdi. Almaniya qalib gəlmək üçün Azərbaycanı səhv etməyə məcbur etməlidi. Erkən qol vacibdi.
 
– Azərbaycan millisi niyə təhlükəli komandadı?
– Oyunda hesab açılmayanda azərbaycanlı oyunçular özlərinə çox güvənir. Belə oyunlarda ən azı heç-heçə üçün vuruşurlar. Bir daha deyim ki, erkən qol vacib amildi. Bəzi müqayisələr apara bilərəm.

– Buyurun, maraqlı olardı…
– Mən azərbaycanlı futbolçu olsaydım, deyərdim ki, Bundesliqada oynaya bilərəm. Bunu bacararam.
 
– Azərbaycan millisinin heyətində legioner həyəatı yaşayan neçə futbolçu var?
– Elə də çox deyil. Amma deyərdim ki, 5-6 futbolçu Premyer Liqa və Bundesliqa səviyyəsində oynaya bilər.
 
– Bəs niyə oynamırlar?
– Yaxşı şərait var, ölkələrində məvacibləri çox yaxşıdı. Bu səbəbdən xaricə üz tutmurlar. Mən "legioner həyatı yaşamalısız" deyəndə, ola bilər ki, tərcüməçilər səhv çatdırırdı (gülür).
 
– Azərbaycan millisini nəyə görə tərk etdiz?
– İnanırsız, elə bunlara görə. İtaliyaya qarşı oyunda çox gözəl oynamışdıq. Uduzsaq belə, yaxşı təsir bağışlamışdıq. O məğlubiyyətə görə AFFA futbolçulara mükafat ödəmək istəyirdi. Təsəvvür edirsiz? Məğlubiyyətə görə mükafat! Mən mükafatın dayandırılmasını tələb edirdim. Belə şeylərə əsəbiləşirdim.
 
– Azərbaycanda çox şeyə nail olmusuz?
– Əlbəttə. Bu mənim işim idi. Azərbaycan Premyer Liqasında hər klubun heyətində azı 4 yerli oyunçu olmalı idi. Həmçinin, 21 yaşlı yerli futbolçu da. Bəzən bu səbəblərə görə klubların baş məşqçiləri ilə sözüm üst-üstə düşmürdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp