Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz Almaniyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan öncə qonaqların yarımmüdafiəçisi Sami Xedira jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün vacib oyundu. Tam gücümüzü ortaya qoymalıyıq. Burada keçirdiyimiz son matçda qalib gəlmişdik. Oyuna ciddi yanaşıb, qələbə qazanmağa çalışacağıq.

– Ötən seçmə mərhələyə problemlə başlamışdız, amma bu dəfə vəziyyət daha yaxşıdı. Fərq nədədi?
– DÇ-2014-dən sonra heyətimizdə bəzi dəyişiklər oldu. Bəzi oyunçular millidən getdi, zədəlilər oldu. Son AÇ-də titul qazana bilmədik, əvəzində seçmə mərhələdə yaxşı oynamaq istəyirik. Buna görə də sabah yaxşı nəticə ilə evə getmək istəyirik.

– Son vaxtlar tez-tez zədələnirsiz. Bundan sonra komandadakı rolunuzu necə görürsüz?
– Hazırda karyeramın ən yaxşı dövründəyəm. Sağlam və təcrübəliyəm, işimə məsuliyyətlə yanaşıb, özümə yer edirəm. Burada mənim üzərimə rol düşür, lazımlı oyunçuyam. 

– Karyeranızın vacib anlarında zədə səbəbindən kənarda qalmısız. “Real”dan “Yuventus”a keçəndən sonra nə deyişib?
– Hər ikisi əla komandadı. Bəli, müayisə etsək, rolumda dəyişiklik var. Artıq çoxtərəfli çıxış edirəm və taktiki biliklərim dərinləşib. 

– Əvvəl də burada olmusunuz. Təəssüratınız necədi?
– 2009-cu ildən bəri çox şey dəyişib. Komanda yoldaşlarım şəhəri gəzsə də, mən getmədim. Gəzmək ikinci plandadı, əsas oyundu.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp