Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz Almaniyanı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan öncə qonaqların baş məşqçisi Yoahim Löv mətbuat konfransı keçirib:

– İngiltərə ilə matçdan sonra Bakıya gəlmisiz. Ümuimi təəssüratınız necədi?
– Məsədimiz 3 xal qazanmaqdı. Yaya kimi xal itirmək istəmirik. Elə bir matçdan sonra yolda keçirdiyimiz vaxt və saat fərqi bəhanə olmamalıdı.

– Sami Xedira, Yulian Draksler, Məsut Özil və Mario Qomeşin meydana çıxması sual altındadı…
– Xedira, Qomes və Drakslerin vəziyyəti yaxşıdı. Özilin oynayıb-oynamayacağı bəlli deyil. Səhər də həkim nəzarətində olub. Amma digərləri özünü yaxşı hiss edir. 

– İngilislərlə oyunda Ter Ştegen qapıda idi. Sabah çərçivədə dəyişikliyə əl atacaqsınız?
– Hələlik, heç nə bəlli deyil. Ter Ştegen son matçda yaxşı oynadı, amma digələri də yaxşı formadadı. Yekun məşqdən sonra kimin meydana çıxacağı bəlli olacaq.

– Andre Şürle milliyə dəvət olsa da, klubunda çox meydana çıxmır…
– Sözsüz, Şürlenin ehtiyatda qalması yaxşı hal deyil. Amma onun məşqlərdə göstərdikləri məni razı salır. 

– Artıq 2 dəfə Bakıda millimizlə qarşılaşmısınız. Yəqin indi də millimizin vəziyyətindən xəbərdarsınız. Sizcə, hansı daha çətin olacaq?
– Həm ölkənizdə, həm də komandanızda böyük irəliləyiş var. Həm taktiki, həm də futbolçuların bacarığı baxımdan bu qənaətə gəlmək olar. Komandanızın son oyunlarındakı nəticələri də buna sübutdu. Müdafiə olunmağı bacaran möhkəm komandanız var. Əvvəlki illərlə müqayisədə daha pozitiv görünür. 

– Uzun müddətdi meydana çıxmayan Antonio Rudigeri meydana buraxacaqsız, ya Hövedesi?
– Əvvəldən planlaşıdırlmışdı ki, ilk oyunda Rudiger, sabahkı oyunda isə Hummelslə Hövedes oynasın.

– Sabah kapitan kim olacaq?
– Sami Xedira olacaq. Ona görə ki, o, lider və örnək futbolçudu.

– Son dövrlər çətinlik çəkirsiz, bəzi oyunçular millidə çıxış etməyə isti yanaşmırlar…
– Milliyə gələnlər həmişə buna sevinir. Ola bilər kimlərsə klubda heyətə düşmək üçün daha çox canfəşanlıq edirlər. Yığma komanda zirvə nöqtədi.

– Mario Qomes formadadı. Nə düşünürüsüz, o, start heyətində meydana çxıacaq?
– O, son oyunlarda yaxşı oynayıb. Qomes start heyətində meydana çıxacaq.

– Millimizin 2-ci yerə çıxmaq şansını necə dəyərləndirisiniz?
– Ümumi götürsək, yaxşı start götürmüsünz. Amma çox şey Çexiya və ya Şimali İrlandiya ilə matçda bəlli olacaq.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp