Moldova ilə yoxlama oyununa hazırlaşan Türkiyə yığması ciddi itkilərlə üzləşib. Futbolinfo.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələ çərçivəsində Finlandiyaya qarşı oyundan (2:0) sonra baş məşqçi Fatih Terim 4 futbolçunu heyətdən uzaqlaşdırıb.

Bunlar qapıçı Volkan Babacan, yarımmüdafiəçi Volkan Şən və müdafiəçilər Ömər Toprakla Gökhan Gönüldür. Türkiyə mətbuatının iddiasına görə, Gönül zədəli olduğu üçün komandanı tərk edibsə, digər 3 futbolçu baş məşqçi Terimin istəyi ilə heyətdən çıxarılıb.

Qeyd edək ki, Türkiyə Moldova ilə martın 27-də qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp