DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa bütün biletlər satılıb. Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, onlayn bilet alanlar biletlərini “28 Mall” ticarət mərkəzi, “Park Bulvar” ticarət mərkəzi  və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər.

Qeyd edək ki, sözügedən matç sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp