Almaniya üçüncü Bundesliqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Çemnitser"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Qeyd edək ki, "Duysburq" 29 turdan sonra 53 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.