Ukraynanın "Dnepr" klubu Premyer Liqada yaranmış fasilədən yararlanaraq yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin şərəfini qoruduğu bu klub ölkənin digər komandası "Aleksandriya" ilə üz-üzə gəlib.

Qarşılaşma "Dnepr"in minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Nağıyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Shares: