Bosniya və Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, heyətində “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin də çıxış etdiyi sözügedən komanda doğma meydanda Cəbəllütariqlə üz-üzə gəlib.

H qrupu çərçivəsində baş tutan oyunda meydan sahibləri darmadağına seviniblər – 5:0. Şehiç bu matçı ehtiyat oyunçular skamyasından izləyib.

Beş turdan sonra Bosniya və Herseqovina 10 xalla qrupunda 3-cü pillədə qərarlaşıb.

Shares: