Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı Robert Prosineçkinin çalışdırdığı millimiz doğma meydanda C qrupunun itkisiz irəliləyən lideri Almaniya ilə üz-üzə gəlib.

Uduzmayan, qol buraxmayan Bundestimlə 5-ci dəfə üz-üzə gələn "ay-ulduzlular"ımız ilk dəfə bu güclü rəqibdən xal və ya xallar almaq arzusundaydı. Amma bu, heç də asan görünmürdü. Gözlənildiyi kimi, "alman maşını" bu dəfə də yığmamıza heç bir şans yeri qoymayıb. Millimizin gücü isə Dmitri Nazarovun vurduğu təsəlli qoluna çatıb.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

26 mart

Azərbaycan – Almaniya – 1:4 (1:3)
Qollar: A.Şürrle, 19 (0:1). D.Nazarov, 31 (1:1). T.Müller, 36 (1:2). M.Qomes, 45 (1:3). A.Şürrle, 81 (1:4).
Sarı vərəqə: S.Xedira, 12. B.Hövedes, 84.
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hamısı İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev (8. Eddi İsrafilov, 87), 20. Ramil Şeydayev (11. Dəniz Yılmaz, 67), 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 81).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Aqil Məmmədov, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 9. Elvin Məmmədov, 15. Emin Mahmudov, 17. Ürfan Abbasov, 18. Ağabala Ramazanov, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.
Almaniya: 12. Bernd Leno, 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Xedira (k), 7. Yulian Draksler (19. Leroy Sane, 84), 8. Toni Kroos (21. Sebastian Rudi, 89), 9. Andre Şürrle, 13. Tomas Müller, 18. Coşua Kimmix, 24. Mario Qomes (10. Məsut Özil, 61).
Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 2. Şkodran Mustafi, 14. Emre Can, 16. Antonio Rüdiger, 17. Niklas Süle, 20. Yulian Brandt.
Baş məşqçi: Yoahim Löv.

Shares: