DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə 5-ci tur həyəcanı davam edir. Futbolinfo.az xəbər verir ki, bu gecə C, E və F qruplarındakı komandalar üz-üzə gəliblər.

C qrupunda yer alan Azərbaycan millisinin qrup lideri Almaniya ilə üz-üzə gəldiyi gündə digər rəqiblərimiz də meydana çıxıblar. Şimali İrlandiya doğma meydanda Norveçi məğlub edib. San Marinonun qonağı olan Çexiya isə böyük hesabla qalib gəlib.

E qrupunda Ermənistan Qazaxıstana qalib gəlib. Monteneqro doğma meydanda Polşaya uduzub. Rumıniya isə Danimarka ilə heç-heçəyə razılaşıb.

F qrupunun lideri İngiltərə öz meydanında Litvanı məğlub edib. Malta Slovakiyaya uduzub. Şotlandiya da Sloveniya üzərində minimal hesablı qələbəyə sevinib.

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, 5-ci tur

26 mart

C qrupu

Azərbaycan – Almaniya – 1:4
Qollar: A.Şürrle, 19 (0:1). D.Nazarov, 31 (1:1). T.Müller, 36 (1:2). M.Qomes, 45 (1:3). A.Şürrle, 81 (1:4).

San Marino – Çexiya – 0:6
Qollar: A.Barak, 17 (0:1). V.Darida, 19 (0:2). A.Barak, 24 (0:3). T.G.Selassie, 26 (0:4). M.Krmençik, 43 (0:5). V.Darida, 77-pen. (0:6).

Şimali İrlandiya – Norveç – 2:0
Qollar: C.Uard, 2 (1:0). K.Vaşinqton, 33 (2:0).

Almaniya – 15, Şimali İrlandiya – 10, Çexiya – 8, Azərbaycan – 7, Norveç – 3, San Marino – 0.

E qrupu

Ermənistan – Qazaxıstan – 2:0
Qollar: H.Mxitaryan, 73 (1:0). A.Özbilis, 75 (2:0).

Monteneqro – Polşa – 1:2
Qollar: R.Levandoski, 40 (0:1). S.Muqosa, 63 (1:1). K.Pişçek, 82 (1:2).

Rumıniya – Danimarka – 0:0

Polşa – 13, Monteneqro – 7, Danimarka – 7, Rumıniya – 6, Ermənistan – 6, Qazaxıstan – 2.

F qrupu

İngiltərə – Litva – 2:0
Qollar: J.Defo, 22 (1:0). C.Vardi, 66 (2:0).

Malta – Slovakiya – 1:3
Qollar: V.Vayss, 2 (0:1). J.P.Farruqa, 14 (1:1). Y.Qrequs, 41 (1:2). A.Nemeç, 84 (1:3).

Şotlandiya – Sloveniya – 1:0
Qol: K.Martin, 88 (1:0).

İngiltərə – 13, Slovakiya – 9, Sloveniya – 8, Şotlandiya – 7, Litva – 5, Malta – 0.

Shares: