"Facebook"da məşhur olan "Offside" səhifəsinin rəhbərliyi Azərbaycan millisinin təlim-məşq bazasına baş çəkərək qolkiperimiz Kamran Ağayevə hədiyyə təqdim edib.
Futbolinfo.az xəbər verir ki, Almaniya ilə oyundan əvvəl təcrübəli qolkiperin əhval-ruhiyyəsini yüksəltmək üçün Ağayevə xüsusi olaraq hazırlanan heykəl və "Offside" səhifəsinin hazırladığı “caps” təqdim olunub.
Heykəl “Yadigar dayı” emalatxanası tərəfindən hazırlanıb. Sonda "Offside" səhifəsinin adminləri milli komandamıza uğurlar arzulayıb, Kamran Ağayev isə öz növbəsində hədiyyə üçün təşəkkür edib.