Bu gün səhər saatlarında Azərbaycanla Avropa arasındakı saat fərqi yenidən 2-yə endi. Futbolinfo.az xəbər verir ki, ötən ildən ölkəmizdə yay və qış vaxtına keçid ləğv olunduğundan bu gündən əqrəb 1 saat irəli çəkilmədi.
Bu səbəbdən martın 26-sı səhərdən başlayaraq, oktyabrın sonuncu bazar gününə qədər Avropa ölkələri ilə Azərbaycan arasında 2 saatlıq fərq olacaq. Bu isə o deməkdir ki, mühüm futbol oyunlarının başlama saatı da dəyişəcək.
Məsələn, UEFA Çempionlar Liqasının matçları mart-oktyabr aylarında Bakı vaxtı ilə əvvəlkitək saat 23:45-də yox, 22:45-də, Avropa Liqasının görüşləri saat 22:00 və 00:05-də yox, 21:00 və 23:05-də başlayacaq.
Azərbaycanda yay və qış vaxtına keçid ləğv edildiyindən DÇ-2018-in bugünkü bəzi oyunları da 23:45-də yox, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.