DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək və saat 20:00-da start götürəcək Azərbaycan – Almaniya matçının heyətləri artıq bəllidi. Futbolinfo.az xəbər verir ki, millimizin bu oyun üçün start heyəti hələ ötən gündən bəlli idi.

Bir neçə dəqiqə öncə UEFA-nın rəsmi saytında açıqlanan heyətdə artıq ehtiyatda da kimlərin yer aldığı göstərilib. Lakin həmin heyətdə Renat Dadaşovun olmaması sual doğurur. Frankfurt "Ayntraxt"ından dəvət olunan və debütü gözlənilən futbolçunun hətta iştirak ərizəsinə də salınmaması müxtəlif söhbətlərə yol açıb. 18 yaşlı hücumçunun adının millimizin 23 nəfərlik heyətində olmamasının dəqiq səbəbi isə açıqlanmır.

Shares: